PKK silahlarını yandırdı | FOTOLAR

   PKK silahlarını yandırdı    | FOTOLAR
  11 İyul 2025    Oxunub:2379
Kürdlərin PKK hərbi-siyasi terror təşkilatı mübarizəni dayandırmağın rəmzi nümayişi kimi silahlarını yandırıblar. İraqın şimalında həyata keçirilən tədbirdə 15 qadın, 15 kişi iştirak edib.

PKK-nın açıpqlamasının türkcəsini təşkilatın rəhbərlərindən olan Bese Hozat, kürdcəsini Nedim Sevən oxuyub.


Bəyanatda deyilir ki, PKK təmsilçiləri bu addımlarının bölgəyə və orada yaşayan xalqlara sülh gətirəcəyinə inanırlar.


“Biz bütün dünya ölkələrini xalqımızın demokratik hüquqlarını tanımağa, sülhü və dinc nizamlamanı dəstəkləməyə çağırırıq”,- bəyanatda vurğulanır.








Samir Quliyev
AzVision.az



Teqlər: PKK  



Xəbər lenti